Şərurda rayon bağlarından yığılan meyvə-tərəvəzlərdən əsgərlərə sovqat göndərilib - FOTOLAR
Şərur rayonunda tədarük edilən meyvə və tərəvəz məhsulunun bir hissəsi hərbi hissələrə Milli Ordumuzun əsgərlərinə göndərilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son bir neçə gün ərzində bölgənin idarə, müəssisə, təşkilatları və ailə təsərrüfatçıları ənənəyə sadiq qalaraq müxtəlif hərbi hissələrə 25 tona yaxın meyvəni sovqat kimi təqdim ediblər.
Qeyd edək ki, bu il Şərur rayonunun münbit torpaqlarında bol meyvə və tərəvəz yetişdirilib. Rayondakı hərbi hissələrdə olan kollektivlər bildiriblər ki, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər. Əsgərlərə mənəvi dəstək olmaq, sovqatlar göndərmək bundan sonra da davam etdiriləcək.
Hərbi hissənin zabiti Tural Abdullayev göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonda gətirilən 10 ton məhsul hərbi hissəyə təhvil verilib.
Məhəmməd Fərəcov