Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komitənin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Xok kəndində yaşayan aztəminatlı Cəfərovlar ailəsinə baş çəkilib.
Görüş zamanı uşaqlar həkim müayinəsindən keçiriliblər.
Sonra aztəminatlı ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun koməklik göstərilib.
Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.