“Yay məktəbi”nin növbəti qonaqları - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aztəminatlı ailələrdən olan uşaqların Ağbulaq İstirahət Mərkəzində Yay məktəbi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə baş tutan Yay məktəbində 45 nəfər aztəminatlı ailələrin uşaqları iştirak edir.
Uşaqlar üçün Ağbulaq kəndi ərazisinə ekskursiya, müxtəlif idman və əyləncəli oyunlar, müsabiqələr, intellektual yarışlar, diskussiya və seminarlar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi təşkil olunur.
Qeyd edək ki, aztəminatlı ailələrin uşaqları üçün təşkil olunan “Yay məktəbi” avqustun 12-dək davam edəcək.