Kəngərli rayonunda 259 sakin humanitar tibbi aksiyaya cəlb olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Qurtuluş Gününə həsr olunan  növbəti aksiya 36 nəfərdən ibarət tibbi heyətin iştirakı ilə  baş tutub.

Kəngərli  Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan,  Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə baş tutan aksiyada 259 sakin mindən çox tibbi prosedura cəlb olunub. 

Gün ərzində laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib.  Müayinələrin aparılmasında stomatoloq, rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və digər ixtisas həkimləri  iştirak ediblər.

Aksiya zamanı qazi Elvin Əlizadənin 2 övladı sünnət edilib. Bütövlükdə isə 35 nəfər cərrahiyə xidmətindən yararlanıb.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: