Şərur rayonunda “Şərq qapısı” qəzetinin yubiley tədbiri keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən mətbu orqanın yubiley tədbirləri keçirilir. İlk tədbir Şərur şəhərindəki “Bahar” kinoteatrında təşkil olunub.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, muxtar respublikanın sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində əhəmiyyətli rolundan bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova  mətbuatımızın inkişafını 15 iyun-Milli Qurtuluş Gününün bəhrəsi kimi dəyərləndirib, 100 yaşlı qəzetin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən qayğıdan danışıb.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov “Şərq qapısı qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu” mövzusunda çıxış edib.Bildirib ki, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib.

Tədbirdə Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Şərur Rayon Təşkilatının sədri Vidadi Süleymanov, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov, Şərur Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri Ümbülbanu Musayeva, “Şərurun səsi” qəzetinin əməkdaşları Püstə Məmmədova, Heydər Məmmədov çıxış edərək “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar. Tədbirdə qəzetin tarixi inkişaf yolu və iş prinsipini özündə əks etdirən videoslayd nümayiş olunub.

Tədbirin sonunda “Şərurun səsi” qəzetinin redaktoru, əməkdar jurnalist Elman Məmmədova “Şərq qapısı” qəzetinin fəxri fərmanı və hədiyyəsi verilib. Qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə də hədiyyələr təqdim olunub.

  Adilə  Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: