Ordubad rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı da 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir təşkil edib.
Ordubad şəhərindəki Bayraq Meydanında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etibar İsmayılov bildirib ki, bütün ömrünü xalqının, millətinin xoşbəxt gələcəyinə həsr edən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümümmilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər bütün sahələri əhatə edən inkişafın möhkəm əsaslarını yaradıb. Ölkəmizin hərtərəfli və sürətli inkişafı, xarici siyasətdəki uğurları, vətəndaşların rifahı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir. 30 il düşmən tapdağında olan əzəli torpaqlarımızın müzəffər orumuzun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günə geri alınması Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi davamı olaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi xəttini muxtar respublikada uğurla həyata keçirməsinin nəticəsidir ki, şəhər, qəsəbə və kəndlər müasir inkişaf mərhələsinə çıxıb, sakinlərin rahat yaşayışı təmin edilib. Ordubad rayonunun bütün yaşayış məntəqələrini də əhatə edən quruculuq abadlıq işləri, yeni tikilən məktəblər, kənd mərkəzləri, rahat yollar 15 iyun Milli Qurtuluş Gününün bəhrələridir. Aparılan quruculuq işləri rayonun görkəmini tamamilə dəyişib. Bu gün tarixilik və müasirliyin vəhdəti qədim Ordubadın müasir inkişaf göstəricisinə çevrilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilən gənclərə Yeni Azərbaycan Partiyası vəsiqələri təqdim edilib.
Röyal Kərimov