Dövlət meşə fondu ərazilərində qurumuş ağaclar təmizlənir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran  vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Ekologiya naziri Mais Əliyev bildirib ki, 4 avqust 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyin qarşısına bəzi tapşırıqlar qoyulub.  Verilmiş tapşırıqların icra edilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanıb və onun icrası istiqamətində müvafiq işlər görülür.

Nazir bildirib ki, dövlət meşə fondu ərazilərində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi işi davam etdirilir. Eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazilərində qış mövsümündə biotexniki tədbirlərin keçirilməsi üçün lazimi qida ehtiyatı yaradılaraq müəyyən olunmuş ərazilərə toplanıb.

Sonda payız-qış mövsümünə hazırlıqla bağlı nazirliyin əməkdaşlarının çıxışları dinlənilib.

                                                                      Vaqif Ağalarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: