Badamlı kəndinin 106 sakini tibbi müayinədən keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası rayonun Badamlı kəndində sakinlərin tibbi müayinəsini təşkil edib. Kənd sakinləri müayinə olunaraq aşkar olunan xəstəliklər barədə məlumatlandırılıblar.
Kənddə 60-65 yaşlı sakinlərin dispanserizasiyası aparılıb. Vətəndaşlarda qanda xolesterin və şəkərin miqdarı, qan təzyiqləri yoxlanılıb. Ümumilikdə, 106 nəfər müayinə olunub.
Qeyd edək ki, bundan əvvəl müayinələr rayonun Keçili, Kükü, Nursu və Mahmudoba kəndlərində aparılıb. Müayinələrin ilin sonuna kimi rayonun digər kəndlərində də aparılması nəzərdə tutulub.
Novruz Məmmədov