Yeni inşa edilən "Füzuli" yarımstansiyası Füzuli şəhəri ilə yanaşı, yaxın 10 kəndi də elektriklə təmin edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib.
O qeyd edib ki, 110-35-10 kilovoltluq stansiyada 2×40 meqavolt amperlik transformator quraşdırılıb. Yarımstansiya Şükürbəyli yarımstansiyasından qidalanır. Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması üçün həmçinin Şükürbəyli yarımstansiyası təmir-bərpa işləri görülərək gücləndirilib. Teymur Abdullayev onu da qeyd edib ki, Füzuli və Şuşada yarımstansiyalar fəaliyyət göstərir. Bundan başqa, hazırda Kəlbəcər, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da yarımstansiyaların tikintisi aparılır və ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.