Naxçıvanda mətbuat xidmətlərinə qəbul üçün esse imtahanı keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 11 mart 2021-ci il tarixdə elan edilən müsabiqənin esse mərhələsi keçirilib.

İmtahan başlanmazdan əvvəl iştirakçılar qaydalar barədə məlumatlandırılıb. Esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib. İmtahanda müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Milli Qurtuluş Günü dövlətçiliyimizin və müstəqilliyimizin xilas tarixidir” mövzusu  təqdim edilib. Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətləri, həmçinin fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına  uyğun  şəkildə ifadə etmə meyarları nəzərə alınaraq yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.

Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim edən 13 namizəddən 12 nəfəri  imtahanda iştirak edib, onlardan 8  nəfəri müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: