“Azərxalça” ASC-nin Naxçıvan Filialında yanğın təhlükəsizliyinin təmin olunması qaydaları müzakirə olunub
Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin təşkilatçlılığı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialında baş tutan maarifləndirici tədbir “Mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması günümüzün zəruri tələbidir” mövzusunda təşkil olunub.
Tədbirin əsas məqsədi kollektivə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, günvurma və istivurma zamanı davranış qaydaları, suda boğulmalar zamanı ilk yardım qaydaları, qaz və elektrik təsərrüfatı, yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat verməkdir.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.