Payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov qeyd edib ki, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı cəzaçəkmə müəssisələrinə verilən tapşırıqların icrasına başlanılıb. Müəssisələrdə qazanxanaların fasiləsiz işləməsi, məhkumların isti geyimlə, keyfiyyətli ərzaqla təmin olunması və sağlamlıqlarının qorunması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd olunub ki, payız-qış mövsümündə müəssisələrin istilik sistemini 4 qazanxana təmin edir. Qazanxanaların və ehtiyat generatorun sazlığı, qaz kəsintisi zamanı istiliyin fasiləsiz verilməsi məqsədilə istifadə olunacaq dizel yanacağına olan tələbatın ödənilməsi diqqətdə saxlanılmalıdır. Həmçinin müəssisələrin balansında olan maşın və mexanizmlər işlək vəziyyətdə saxlanılmalı və zəruri ehtiyat hissələri alınmalıdır.

Sonra müşavirədə məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib, bölmələr üzrə konkret tapşırıqlar verilib.

Röyal Məmiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: