Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 39 min 728 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, doğulanların 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəmdir.
Dörd ay ərzində ölkədə 26 min 414 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8 təşkil edib.