Daimi nümayəndəliyin rəhbəri "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri Dövləti" sərgisində iştirak edib - FOTOLAR

A- A A+

İyunun 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərginin açılış mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, həmçinin müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmağa imkan verir.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında xalqımızın tarixi yaddaşında silinməz iz qoyan, tükənməz araşdırma mənbəyi olan Nizami yaradıcılığının gələcək nəsillərə örnək və sərgidə nümayiş olunan eksponatların tədqiqat xarakterli olduğunu vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Bəxtiyar Əsgərov Nizami Gəncəvi və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirmək baxımından sərginin əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidəki eksponatlar XII – XIII əsrin əvvəllərinə aid olub Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar edilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim olunur. Eksponatlar sırasında Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə nəşr olunmuş “Şeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: