Şərur rayonunda 300 həmişəyaşıl ağac əkilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunda növbəti yaşıllaşdırma aksiyası keçirilib.

Şərur şəhərinin girişində avtomobil yollarının kənarlarına və şəhərin Heydər Əliyev prospektində səkilərin müvafiq hissələrinə 300  həmişəyaşıl ağac əkilib. Həmin ərazilərə su xətləri çəkilib, ağacların  damcı üsulu ilə suvarılması təmin edilib.  

Qeyd edək ki, Şərur rayonunda aparılan yaşıllaşdırma tədbirləri çərçivəsində cari ilin ötən dövründə 1500-ə yaxın həmişəyaşıl, 1700 meşə, 1560 meyvə və 34 minə yaxın mövsümi gül və bəzək kolları əkilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: