“Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  Nazirlik ilə “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici konfrans “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində baş tutub.

Konfransda alimentin uşaqların saxlanılmasında, onların gələcək fəaliyyətlərinə təsirindən bəhs edilib, aliment öhdəlikləri, ödənilməsi və tutulması qaydaları ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Bildirilib ki, aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər. Uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Valideynlər uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar.

Konfransda, həmçinin boşanmış ailələrdə böyüyən uşaqların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, həmin qrupdan olan uşaqların psixoloji durumunun yaxşılaşdırılmasına istiqamətlənən məsələlərə diqqət çəkilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: