Bu gün Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasimi keçirilib - VİDEO
Hərbi Lisey Milli Ordumuzun formalaşmasına əvəzsiz töhfə verib. 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olub. Hazırda onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Qarabağ uğrunda apardığımız Vətən müharibəsində bu liseyin yetirmələri böyük qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə yüksəliblər.
Naxçıvan televiziyasının əməkdaşları Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasimindən videoçarx hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videoçarxı təqdim edir: