Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

A- A A+

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: