BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı: 2019-cu ildən bəri didərgin düşənlərin sayı 4 faiz artıb - FOTOLAR

A- A A+

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatını açıqlayıb.

BMT QAK-ın Azərbaycan nümayəndəliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, hesabatda pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibələrdən, zorakılıqdan, təqiblərdən və insan hüquqlarının pozulması səbəbindən didərgin düşənlərin sayının artaraq təxminən 82,4 milyon nəfərə çatdığı qeyd olunub. Bildirilib ki, bu, 2019-cu ilin sonunda qeydə alınmış rekord göstərici olan 79,5 milyonla müqayisədə dörd faiz artım deməkdir.

Bundan əlavə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 20 İyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Azərbaycan ictimaiyyətinə videomüraciət ünvanlayıb. İngilis dilində hazırlanan və Azərbaycan dilində subtitrlərlə təqdim olunan videoçarxda qaçqınların vəziyyətini əks etdirən görüntülər də yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: