Culfa rayonunda taxıl biçini davam edir

A- A A+

Muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarının qəbul olunması aqrar bölmənin, əsasən də taxılçılığın inkişafında mühüm rol oynayır. Bu gün kənd təsərrüfatının mühüm sahəsi olan və ərzaq təhlükəsizliyi baxımından daha çox önəm daşıyan taxılçılığın inkişafına göstərilən diqqəti Culfa rayonunun timsalında daha aydın görmək olar. Ötən ilin payızında 5477 hektar sahədə taxıl əkini aparan torpaq mülkiyyətçilərinin min bir zəhmətlə becərib ərsəyə gətirdiyi taxılı əlverişli vaxtda və itkisiz yığmaq qarşıda duran ən mühüm vəzifədir. Artıq torpaq mülkiyyətçiləri ötən ilin payızından bəri çəkdikləri zəhmətin bəhrəsini görmək üçün biçinə başlayıblar. Culfa düzündə, Yaycı, Gülüstan, Camaldın, Ərəzin və Bənəniyar kəndlərində taxıl biçini mütəşəkkilliklə həyata keçirilir. Artıq 600 hektardan çox sahənin məhsulu itkisiz toplanılıb.

Qeyd edək ki, bu il taxıl biçininə 25 kombayn cəlb olunub. Həmin texnikalara əvvəlcədən baxış keçirilib və onların biçinə hazırlıq vəziyyəti yoxlanılıb. Bu da imkan verir ki, rayonumuzda taxıl biçini tez və itkisiz şəkildə başa çatdırılsın.

                                                                               “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: