Mülki Müdafiə Alayının gənc əsgərlərindən vətənə sədaqət andı

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan edilib.

Əsgərlər hərbi andı qəbul etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbriki şəxsi heyətə çatdırılıb.Tədbir iştirakçıları gənc əsgərləri təbrik ediblər.

Sonda  şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Rəsmi mərasim bağlı elan olunduqdan sonra əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və qonaqlar hərbi hissənin texnikaları,  əsgər yataqxanası  və yemkəkxanası ilə tanış olublar.

                                                                                                        Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: