Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər and içiblər - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan qarnizonu qoşunlarında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Orduda keçirilən hərbi andiçmə mərasiminə hazırlıqla bağlı məruzə edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əsgərlər hərbi andı qəbul etdikdən sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Sonda  şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: