Şərurda tarla-seminar müşavirəsi keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şərur rayon İcra Hakimiyyəti ilə birgə rayonun Yuxarı Aralıq kəndində tarla-seminar müşavirəsi keçirib.

Şərur rayon İcra Hakimiyyətinin əməkdaşı Osman Cəlil bildirib ki, hazırda taxıl sahələrinin məhsulu yığılır, kartof, soğan, digər tərəvəzlər toplanaraq bazar və yarmarkalara çıxarılır. Taxılın vaxtında və itkisiz toplanması üçün sahələrə müasir kombaynlar çıxarılıb. Qısa müddətdə 150 hektardan artıq sahənin məhsulu yığılıb. Hər hektardan 34,5 sentner taxıl götürülüb. Kartof və soğan yığımı da mütəşəkkil həyata keçirilir.

Bildirilib ki, tədbirin keçirildiyi Yuxarı Aralıq kəndində kartof əkinləri də hər il diqqətdə saxlanılır. Builki mövsümdə 40 hektardan artıq sahədə kartof yetişdirilib. Becərmə tədbirlərinin aqrotexniki qaydalar əsasında aparılması, suvarmaların mütərəqqi üsulla həyata keçirilməsi məhsuldarlığa müsbət təsir göstərir.

Çıxışlarda kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması və xəritələşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi məsələlərindən danışılıb, aqrolizinq xətti ilə gətirilən müasir texnikaların səmərəsi önə çəkilib.

Sonda tarla-seminar müşavirəsində ailə təsərrüfatçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanıb.

Məhəmməd Fərəcov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: