Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verildi
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 iyun tarixli Qərarına uyğun olaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin strukturunda dəyişiklik edilərək Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.