Məhkəmə işçiləri üçün seminar təşkil edilib

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə təşkil olunan seminar “Məhkəmə statistikasının aparılması və kargüzarlığın təşkili”  mövzusunda olub.

Seminar bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək, məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması və təhlil edilməsi, eləcə də kargüzarlığın təşkilində qanunvericiliyin tələblərinin izahı  məqsədilə təşkil edilib.

Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi barədə ətraflı məlumat verilib, yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları ətraflı şəkildə izah edilib, kargüzarlıq sahəsində qanunvericiliyin  tələbləri ilə bağlı lazımi tövsiyələr verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara yarımilin sonu ilə əlaqədar istifadə edilməsi üçün statistik hesabat formaları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: