“Naxçıvan” Universitetində təşkil olunan elmi konfransda ətraf mühitin mühafizəsi problemləri müzakirəyə çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi problemləri” mövzusunda baş tutan konfransda  rektor, dosent Nurlana Əliyeva bildirib ki, muxtar respublika ərazisində ¬təbii¬-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası ulu ¬öndərimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulub. 

Konfransda “Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklərdə təbiətə texnogen təsir formaları”, “Biləv Su Elektrik Stansiyasının Gilançayın ekocoğrafi şəraitinə təsiri”, “Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekoloji vəziyyəti” adlı çıxışlar dinlənilib.

Sonda isə müxtəlif beynəlxalq indeksli bazalara aid olan jurnallarda məqalələri dərc olunan əməkdaşlara mükafatlar təqdim olunub. 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: