Kosmik hava durumu və proqnozu açıqlanıb

A- A A+

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, proqnoz dövründə Günəş aktivliyi aşağı olacaq. İyunun 24-26-da çox da böyük olmayan ehtimalla C sinfinə aid alışmalar ola bilər.

Yüklü zərrəciklər – proqnoz dövründə enerjisi 2 MeV-dən böyük olan elektron selinin aşağı səviyyədə qalacağı, enerjisi 10 MeV-dən böyük olan proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin parametrlərinin stabil olacağı və normal qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahə – CH HSS-lərin (Coronal Hole High Speed Stream - Tac dəliyi yüksək sürətli axınlar) geoeffektiv vəziyyətə yerini dəyişməsi ilə əlaqədar qeyri-stabil periodların başvermə ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: