Mənzil və kommunal təsərrüfatı müəssisələri üçün təşkil olunmuş təlimlərə yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Maliyyə Tədris Mərkəzində təşkil olunan təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər işçi cəlb edilib.
“Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı iki günlük təlimdə bildirilib ki, cari ilin iyul ayından etibarən muxtar respublikanın mənzil və kommunal müəssisələri əməkhaqqı cədvəllərini yeni yaradılan sistemlə elektron qaydada hazırlamalı və xəzinədarlığa təqdim etməlidirlər. Yaradılmış yeni sistem maliyyə sənədlərinin emalı, elektron qaydada təqdim edilməsi və müəssisələrin işində operativliyin əldə olunmasına şərait yaradır.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.