Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri qorunur - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Dövlət Miqrasiya Xidmətində təşkil olunan maarifləndirici görüşdə səsləndirilib.

Xidmətin əməkdaşı müvəqqəti yaşama müddətinin uzadılması qaydası və tələb olunan sənədlər, həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusunda slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, miqrantların muxtar respublikada təhlükəsizliyi, rahatlığı, sərbəst hərəkəti önəmli olduğu qədər, hüquq və vəzifələri, o cümlədən miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan prioritet məsələdir.

Tədbirdə çıxışlar əcnəbilərin daha rahat başa düşmələri üçün ingilis dilində də səsləndirilib, maarifləndirici bukletlər paylanılıb.

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə əcnəbiləri maraqlandıran suallara aydınlıq gətirilib.

Maarifləndirmə tədbirindən sonra əcnəbilərin Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil olunub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: