Naxçıvanda dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşdı: 8 milyon 500 min kvadratmetrdən çox ərazi dərmanlandı - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada 5 gün davam edən dezinfeksiya tədbirlərinin növbəti mərhələsi yekunlaşıb. Dərmanlama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində əhalinin intensiv istifadə etdiyi mərkəzləri əhatə edib. Tibbi-profilaktik tədbirlərin növbəti mərhələsində 8 milyon 500 min kvadratmetrdən çox ərazi, bu ilin ötən dövründə isə ümumilikdə, 23 milyon kvadratmetrdən artıq sahə dezinfeksiya olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Baytarlıq Xidməti və digər aid qurumların birgə təşkilatçılığı ilə yekunlaşan tibbi-profilaktik və dərmanlama işləri avtomobil yollarını, prospekt, küçə, məhəllələri, idarə, müəssisə və təşkilatları, ticarət obyektlərini, istehsal müəssisələrini, yaşayış binalarını, park və istirahət mərkəzlərini, ümumiyyətlə əhalinin daha çox istifadə etdiyi məkanları əhatə edib.

Həmçinin bu gün muxtar respublikanın rayonlarında da profilaktik tədbirlər həyata keçirilib. Dezinfeksiya işləri kənd və xidmət mərkəzlərində, parklarda, inzibati binalarda, istehsal müəssisələrində, ictimai yerlərdə və digər ərazilərdə aparılıb.

Qeyd edək ki, Naxçıvanda profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunması, bütün yaşayış məntəqələrində aparılan genişmiqyaslı dezinfeksiya işlərinin nəticəsidir ki, ölkəmizdə koronavirusa 0,08 faizlə ən az yoluxma faktı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. 

Röyal Kərimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: