İyunun 26-da Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, zəlzələ yerli vaxtla saat 01:58-də Qazax stansiyasından 28 km şimal-şərqdə Ağstafa rayonunda qeydə alınıb.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3 -ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.