Avqustun 12-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, zəlzələ Pirquludan 10 kilometr qərbdə - İsmayıllı rayonunun ərazisində qeydə alınıb.
Yerli vaxtla saat 23:03:11-də qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.