Babək rayonunda “Şərq qapısı” qəzetinin yubiley tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən iyunun 25-də Babək Rayon Mədəniyyət Sarayında mətbu orqanın yubiley tədbiri keçirilib.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova “Şərqin səhəri” qəzetinin, Babək rayon ziyalılarının kənar müəllif kimi qəzetlə yaxından əməkdaşlığından danışıb.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Şərq qapısı” qəzetinin əməkdaşları Nail Əsgərov, “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Babək Rayon Təşkilatının sədri Vəliqulu Həsənov, “Şərqin səhəri” qəzetinin əməkdaşı Lalə Allahverdiyeva, Babək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri İmran Kələşov çıxış edib.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Şərqin səhəri” qəzetinin redaktoru Muxtar Rzazadəyə fəxri fərman və hədiyyə, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.
Turab Hacızadə