Naxçıvanda toylarla bağlı yayılan məlumat yalan və gəvəzəlikdir - Rəsmi

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.

Nümayəndəliyin yaydığı məlumatda deyilir:

“İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılmışdır.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində  Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən  mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun  keçiriləcəkdir”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: