Türkiyə-Naxçıvan Dostluq Parkında bayram konserti olub - VİDEO

A- A A+

Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.

Bayram konserti Türkiyə-Naxçıvan Dostluq Parkında davam edib. Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının ifasında xalq və bəstəkar mahnıları, rəngarəng musiqi nömrələri, eləcə də Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifa etdiyi marşlar hərbi qulluçular və onların ailə üzvlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bayram konserti gecə saatlarına qədər davam edib.

Kənan Cəlilov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: