Ukraynada kənd təsərrüfatı üçün günəş batareyaları ilə işləyən dronların istifadəsinə başlanılıb

A- A A+

Ukraynada kənd təsərrüfatı sahəsində günəş batareyaları ilə işləyən dronların istifadəsinə başlanılıb.

NUHÇIXAN-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, üç ildir hazırlanan bu cür dronların test uçuşu uğurla nəticələnib.

Bu texnologiyadan istifadə ilə fermerlər kənd təsərrüfatı sahəsində işlərə 30 faiz qənaət etmiş olacaq, sahənin mikroiqlimini, torpaq xüsusiyyətlərini və bitkilərin ehtiyaclarını öyrənə biləcəklər.

Uçuşda sınanılan ilk dron təxminən beş kiloqram ağırlığında, qanadları isə üç metrdir. 90 vat gücündə olan günəş batareyaları ilə təchiz olunub. Dronun uçuş müddəti 6-8 saatdır. Bu, klassik təyyarələrdə olanlardan üç dəfə çoxdur.

Gələcəkdə bu cür dronların uçuşu zamanı bərpa ilə 24 saatlıq uçuşa keçid imkanı nəzərdən keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: