Ermənilər Xocavənd rayonunda özlərinin basdırdıqları minaya düşüblər: bir nəfər ölüb, ikisi yaralanıb

A- A A+

İyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, Ermənistan ordusu hərbçilərinin basdırdıqları minaya üç erməninin düşdüyü məlum olub. Gücü partlayış nəticəsində bir erməni ölüb. Ağır xəsarət alan iki erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb. Yaralananlardan biri Qarik Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Partlayış nəticəsində ölən erməninin cəsədinin qalıqları axtarılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: