Milli Məclisin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsini təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 2-də keçirilən iclasında müzakirə edilərək təsdiq olunub.
Dəyişikliklərə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.
Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.