Mütəxəssislərin fikrincə, həddən ziyadə fiziki fəallıq ziyandır, lakin orta səviyyədə idmanla məşğul olmaq psixi durumu yaxşılaşdırır. “The Daily Mail” qəzetinin məlumatına görə, Oksford və Yel universitetləri tərəfindən 1,2 milyon insanı əhatə tədqiqat aparılıb. Müəyyən edilib ki, fiziki fəallıq müəyyən həddi keçəndən sonra onun faydalı təsiri ziyana çevrilə bilər.
NUHÇIXAN “MedDaily” saytına istinadla xəbər verir ki, gün ərzində 3 saatdan artıq olmaqla həftədə beş dəfədən çox məşq edən insanların psixi durumu idmandan uzaq insanlarla müqayisədə daha pis olur. Əgər gündə 45 dəqiqə olmaqla həftədə 3-5 gün məşq edilərsə, bu, daha faydalı olar. Müvafiq vaxtı artırmağa ehtiyac yoxdur. Əslində istənilən fiziki fəallıq, hətta ev işi, bağçılıq da depressiya halını 10 faiz azaldır.
Alimlər bütövlükdə müəyyənləşdiriblər ki, pis psixi durumda keçirilən vaxtı komanda idman növləri ilə məşğul olanlar 22 faiz, velosiped sürənlər 21 faiz, idman zallarında məşq edənlər 20 faiz, qaçışla məşğul olanlar 19 faiz, piyada gəzənlər 18 faiz azaldıblar.