Ermənilər Oxçuçayı belə çirkləndirir - VİDEO
İki ölkə arasında transsərhəd çay olan Oxçuçay, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalına istinadən xəbər verir.
Qeyd olunub ki, Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalıdırlar.