Cəhri qəsəbəsindəki “Heydərxanlı” və Ordubad rayonundakı “Cümə” məscidləri yenidən inşa olunur - VİDEO
Tarixi və mənəvi dəyərlərə sahib çıxmaq, onu qorumaq bu gün hər kəsin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə işlər görülür, tarixi abidələr, türbələr, məscid və ziyarətgahlar bərpa olunur, onlara ikinci həyat verilir. Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı” və Ordubad rayonundakı “Cümə” məscidləri də özünün orijinal layihəsi əsasında yenidən inşa olunur.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Mahmud Hüseynov