Muxtar respublikada tütün əkininə maraq ildən-ilə artır - VİDEO
Muxtar respublikada gəlirli sahə olan tütünçülüyün inkişafı, emal sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır.
Muxtar respublikanın aqrar rayonlarından olan Şərur rayonunda geniş təsərrüfat ərazilərində tütün əkilib. Qədim təsərrüfat ənənələrimizin yenidən özünə qaytarılması, bu sahədə iqtisadi səmərəliliyin artırılması məqsədi ilə bu gün uğurlu layihələr icra olunur. Bu bölgənin təbii-iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir: