“Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihə çərçivəsində keçirilən təlimdə 20 nəfərə sərmayə kapitalı veriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasında ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi ötən ay da diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyun ayında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihə çərçivəsində  biznes planlaşdırılması üzrə  keçirilən  “Sahibkar ol!” təlimində muxtar respublika üzrə iştirak edən  28 nəfər  fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınların 20 nəfərinə sərmayə kapitalının verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən ay “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilib.

Hesabat ayında Babək rayonunda yaşayan əlil və aztəminatlı ailənin üzvü olan qadınlar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı  keçirilən təlimdə 15 aztəminatlı ailə üzvü, 10  əlil və Babək rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin müvafiq dərnək rəhbərləri olan 4 qadın iştirak edib.  

Bundan başqa özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 7 qadının 123 manat dəyərində 27 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub. 

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 274 uşaq haqqında fərdi məlumatlar daxil edilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar iyun ayı ərzində tədrisə cəlb edilmiş 6 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 1 müəssisədə monitorinq, Ordubad rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilib.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə 4 uşaq müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq aparılıb.

1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 41 uşağa, Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin uşaqları olmaqla, ümumilikdə, 15 sağlamlıq imkanları məhdud uşağa, 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəhid və qazi övladları ilə keçirilən görüşdə isə 69  şəhid və qazi övladına hədiyyələr təqdim olunub. 

Ötən ay, həmçinin 1 aztəminatlı ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib. Şahbuz şəhər 2 №-li tam orta məktəbdə “Erkən nikah və onun fəsadları”  mövzusunda tədbir keçirilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: