Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərini uğurla davam etdirirlər. Belə tədbirlər rayonun işğaldan azad olunmuş ərazilərində də keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, rayonun işğaldan azad olunmuş Cinli kəndi ərazisində baş tutan növbəti tədbir zamanı meşə zolağı və göl ətrafında narkotik tərkibli bitkilər aşkarlanıb.
Polis əməkdaşları 1,2 ton çəkidə 2682 çətənə kolunu kökündən çıxararaq yandırıblar.