Naxçıvan dəmiryolçuları müsabiqənin qalibi olub - FOTOLAR

A- A A+

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirdiyi 2020-ci il üzrə respublika müsabiqəsinin qalibi olub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Cəmiyyətin Təhlükəsizlik İdarəsi işçilərinin mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eyvaz Əsgərov çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirdiyi 2020-ci il üzrə respublika müsabiqəsindən ətraflı bəhs edib.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev bildirib ki, muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, müasir dəmir yolu infrastrukturu qurulub, hərtərəfli iş və xidmət şəraiti yaradılıb, təhlükəsizlik təmin olunub. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi və digər uğurlu layihələrin icrası dəmir yol nəqliyyatından istifadə edənlərin sayını artırıb. Qeyd edilib ki, insan həyatının sağlamlığı, ətraf mühitin mühafizəsi və işçilərin təhlükəsizliyinin təmin olunması Cəmiyyətin Təhlükəsizlik İdarəsinin əsas məqsədlərindəndir. İdarənin fəaliyyəti və iş prinsipi yük və sərnişin qatarlarının hərəkətinin təhlükəsizliyini, dəmir yolu stansiyalarının parkında və yollarında olan yüklərin, eləcə də dəmir yolunun mühüm əhəmiyyətli obyektlərinin mühafizəsi təşkil edir.     

Naxçıvan Muxtar Respublikası Hamkarlar İttifaqı Şurasının sədri Anar İbrahimov  bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və onun təbeliyində olan muxtar respublika, rayon Birləşmiş Həmkarlar İttifaqı Komitələri təşkilatlarda, xüsusilə Əməyin Mühafizəsinə ciddi ehtiyac duyulan müəssisələrdə olur, maarifləndirici tədbirlərlə çıxış edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi altında təşkil etdiyi müsabiqələrdə iştirak edirlər. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi 2020-ci il üçün nəzərdə tutulan eyniadlı müsabiqədə fəal iştirak edib, təşkilatın fəaliyyətini əks etdirən sənədlər Naxçıvan Muxtar Respublikası Hamkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin 3 may 2021-ci il tarixli Qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndərilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 iyul tarixli Qərarına əsasən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik İdarəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi-2020” adı uğrunda respublika müsabiqəsinin qalibi olub.

Sonra Təhlükəsizlik İdarəsinin bir qrup işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr, İdarənin kollektivinə isə 2020-ci ildə keçirilən müsabiqənin ən yaxşı nəticələrinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Diplomu təqdim olunub.

“Naxçıvan Dəmir Yolları” MMC-nin Təhlükəsizlik İdarəsinin rəisi Səxavət Kazımov kollektiv adından onlara göstərilən qayğıya görə minnətdarlığını bildirib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: