Uşaqlar muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tətil günlərində şəhid övladlarının, sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailənin üzvü, valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan ekskursiyada müvafiq kateqoriyalardan olan 25 nəfər uşaq iştirak edib. Ekskursiya zamanı uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Nəbatat Bağı, Xatirə Muzeyi, Şəhidlər Xiyabanı ilə tanış olublar.
Daha sonra onlar üçün Naxçıvan Dövlət Film Fondunda “Matteo Falkone” filmi nümayiş etdirilib.