Şahbuz rayonunda 300-dən artıq sakin tibbi proseduradan keçirilib - VİDEO
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də, dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Növbəti humanitar tibbi aksiya 22 həkim və 5 tibb bacısının iştirakı ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Aksiyaya əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq pasiyentlərin qeydiyyatı aparılıb.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov