Milli Məclis iyulun 9-da keçirilən növbədənkənar iclasında “Mediasiya haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxararaq təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, uyğunlaşdırma xarakteri daşıyan qanun layihəsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin Qanunun 39-cu maddəsində kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak, o cümlədən ilkin və sonrakı mediasiya sessiyaları ilə bağlı məsələlər hüquqi normalarla tənzimlənir.