Muxtar respublikada 6 ay ərzində 193 nəfərə elektron imza sertifikatı verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, muxtar respublika üzrə bu ilin ilk 6 ayı ərzində 78 dövlət qurumu, 38 hüquqi şəxs, 73 sahibkar və 4-ü vətəndaş olmaqla, ümumilikdə 193 nəfərə elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Elektron imzadan bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilərlər. Elektron imzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir.

Qeyd edək ki, elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları www.rabite.nmr.az saytı vasitəsilə əldə etmək olar.

Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənəd əl imzası ilə imzalanan və möhürlənən sənədə bərabər tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: