Cana zərər etmədən yeməyə nə qədər duz vurmaq olar?

A- A A+

Makmaster Universitetinin (Kanada) alimləri müəyyən ediblər ki, gün ərzində beş qramdan az duzun qəbulu hipertenziya və onunla bağlı ürək-damar xəstəliklərinin inkişafı riskini artırmır.

NUHÇIXAN xəbər verir ki, elmi işin nəticələrinin əks olunduğu məqalə “The Lancet” jurnalında dərc olunub.

Tədqiqatda 95 min 767 könüllü iştirak edib. Yaşları 30-75 arasında olan bu şəxslər dünyanın 369 yaşayış məntəqəsini əhatə ediblər. Alimlər gündəlik natrium duzlarının istehlakını müəyyənləşirmək üçün sidik analizi götürüb, həmçinin qan təzyiqini ölçüblər. Araşdırma zaman 82 min 544 nəfərdə ürək-damar xəstəlikləri tapılıb.

Məlum olub ki, Çinin araşdırma aparılan yaşayış məntəqələrində iştirakçıların 80 faizindən çoxu gündə beş qramdan çox duz qəbul edir, digər yerlərdə isə bu rəqəm təxminən 3-5 qramdır. Bu zaman arterial təzyiq hər əlavə qram duzla 2,86 mm civə sütunu yüksəlir.

Bununla yanaşı, həddən artıq az duz qəbulu ürək-damar xəstəlikləri riskini artırır. Gün ərzində 4,7 qram duz qəbul edərkən natrium duzları və ürək-damar xəstəlikləri arasında heç bir əlaqə aşkarlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: